Qəzzanın köməyinə bu Avropa ölkəsi çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya hökuməti Qəzzadan təxliyə edilən 114 fələstinlini, o cümlədən tibbi yardıma ehtiyacı olan 31 uşağı qəbul edib.
İtaliya Hərbi Hava Qüvvələri təxliyə edilənləri İsrailin cənubundakı Eylat şəhərindən üç C-130 yük təyyarəsi ilə Roma, Milan və Pizaya aparıb.
İtaliyanın xarici işlər naziri Antonio Tayani "Biz Qəzzanın mülki əhalisini dəstəkləməyə və sülhə nail olmaq üçün işləməyə davam edəcəyik. Uşaqlar ümid və gələcəyin simvoludur: onlara qayğı və tibbi yardım göstərmək borcumuzdur", – deyə paylaşım edib.
Bu arada İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzzanın 2 milyondan artıq əhalisinin “könüllü miqrasiya” adlandırdığı köçürülmə planını reallaşdırmaq istədiyini söyləyib. "Biz onları sıxışdırmırıq, əksinəç getmələrinə icazə veririk", – deyə Netanyahu yerli televiziyaya müsahibəsində deyib.
Vasitəçilər atəşkəs danışıqlarını canlandırmaq cəhdlərini yenidən başlatsalar da, Netanyahunun ofisi bildirib ki, İsrail öz nümayəndə heyətini Qahirəyə danışıqlara göndərmək niyyətində deyil. BMT agentlikləri və az sayda yardım qrupları isə Qəzzaya yardımın çatdırılmasını bərpa edib. Lakin əraziyə buraxılan yük maşınlarının sayının yetərli olmadığı bildirilir.
#Qəzza zolağı teqi istifadə olunub
