Qırğızıstanda cinsiyyət dəyişikliyi qadağan edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstan Joqorku Keneşinin (parlament) saytında Ailə Məcəlləsi, “Vətəndaşların vəziyyəti haqqında” və “Vətəndaşların sağlamlığının qorunması haqqında” qanunlara dəyişikliklər layihəsi ilə bağlı ictimai müzakirələr başlayıb.
Layihənin məqsədi dövlət sənədlərində bioloji cinsiyyətin dəyişməzliyini təmin etmək və onun dəyişdirilməsi prosedurlarını məhdudlaşdırmaqdır. Sənəddə şəxsin cinsinin yalnız doğum zamanı qeydə alınan bioloji xüsusiyyətlərlə müəyyən edildiyi və bu qeydin nə vətəndaşın tələbi, nə tibbi arayış, nə də məhkəmə qərarı ilə dəyişdirilə bilməyəcəyi qeyd olunur. İstisna yalnız mülki qeydiyyat şöbəsi əməkdaşları tərəfindən texniki səhvlərin düzəldilməsi üçün nəzərdə tutulub.
Layihəyə görə, Ailə Məcəlləsinə belə bir maddə əlavə olunur ki, bioloji cins ailə münasibətlərinin tənzimlənməsi, nikahın bağlanması, valideyn hüquqlarının müəyyənləşdirilməsi üçün yeganə tanınmış kateqoriya hesab olunsun.
Valideynlər həmçinin uşaqları onların bioloji cinsinə uyğun tərbiyə etmək öhdəliyi daşıyacaqlar.
“Vətəndaşların vəziyyəti haqqında” qanuna edilən dəyişikliklər doğum haqqında aktlarda cinsiyyət qeydi yekun və dəyişdirilməz olduğunu aydın şəkildə təsbit edir. Bundan sonra yalnız ilkin qeydiyyat zamanı yaranmış texniki səhvlərin düzəldilməsi mümkün olacaq.
“Vətəndaşların sağlamlığının qorunması haqqında” qanuna da əhəmiyyətli dəyişikliklər edilir. Layihəyə əsasən, cinsiyyətin dəyişdirilməsinə yönəlmiş tibbi müdaxilə, o cümlədən cərrahi əməliyyat və hormon terapiyası qadağan olunur. Yalnız nadir hallarda, həkim komissiyası və məhkəmə qərarı ilə təsdiqlənmiş doğuşdan gələn cinsi inkişaf anomaliyalarının müalicəsi istisna təşkil edir.
Layihə müəllifləri sənədin ailə dəyərlərinin qorunması, hüquqi ziddiyyətlərin qarşısının alınması və şəxsi məlumatların qeydiyyat sisteminin gücləndirilməsinə yönəldiyini vurğulayırlar.
Qanun layihəsi Joqorku Keneşin saytında yerləşdirilib, ictimai müzakirəyə açıqdır, bundan sonra parlament komitələrinin müzakirəsinə təqdim olunacaq.
#Qırğızıstan teqi istifadə olunub
- Paşinyan Sadır Japarovla nələri müzakirə etdi? | İrəvandan sülhlə bağlı açıqlama - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik | Məktəb ləvazimatını necə seçək? | Pezeşkiandan mesaj - YENİ BİR SƏHƏR
- Azərbaycan və Qırğızıstan müttəfiqliyi gücləndirir - Baku TV
- İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - Baku TV
