Qırğızıstanın eks-prezidenti görün nədə ittiham olunur | Atambayev tələb edir ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Bişkek məhkəməsi tərəfindən qiyabi olaraq həbs edilmiş Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev bu hökmü respublika hakimiyyəti tərəfindən təqib adlandırıb.
Sabiq dövlət başçısı ölkənin indiki rəhbərliyinə onun işinə Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsində baxılmasını təklif edib.
"Mən şəxsən məhkəmə qarşısına çıxmağa və mənə qarşı irəli sürülən bütün ittihamlar üzrə cavab verməyə hazıram. Əgər hakimiyyət ədalətlə hərəkət etdiyinə əmindirsə, beynəlxalq tribunaldan çəkinməməlidir. Haaqa Məhkəməsi məni təqsirkar hesab etsə, həbsxanada istənilən müddətə cəza çəkməyə hazıram", – A.Atambayev bildirib.
O əlavə edib ki, bunun üçün Qırğızıstan Roma Statutunu ratifikasiya etməli, indiki hakimiyyət isə ölkənin Baş Prokurorluğuna BCM-ə müraciət etmək tapşırığı verməlidir.
#Qırğızıstan teqi istifadə olunub
- Paşinyan Sadır Japarovla nələri müzakirə etdi? | İrəvandan sülhlə bağlı açıqlama - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik | Məktəb ləvazimatını necə seçək? | Pezeşkiandan mesaj - YENİ BİR SƏHƏR
- Azərbaycan və Qırğızıstan müttəfiqliyi gücləndirir - Baku TV
- İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - Baku TV
