Qırğızıstanın keçmiş prezidenti Akayev barədə sensasiya | Japarov ona cavab verdi ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev “Nakta” kanalına müsahibəsində ölkə parlamentinin onun eks-prezident statusunu bərpasından imtina etmək qərarını şərh edib.
Vesti.kg saytı xəbər verir ki, Ə.Akayev heç kimin onu qanun çərçivəsində və konstitusiya əsasında eks-prezident statusundan məhrum etmədiyini bəyan edib.
“Qanuna və konstitusiyaya görə, heç kim məni eks-prezident statusundan məhrum etməyib. 2008-ci ildə Kurmanbek Bakiyev mənim eks-prezident statusumdan məhrum edilməyimlə bağlı məsələni parlamentə təqdim etdi, lakin deputatlar gizli səsvermədə buna qarşı çıxdılar”, – deyə Ə.Akayev bildirib.
O həmçinin qeyd edib ki, maddi imtiyazlar naminə deyil, “xoş adını” bərpa etmək üçün eks-prezident statusunu bərpa etmək istəyir.
“20 il ərzində mən bir dəfə də olsun eks-prezidentin imtiyazlarından istifadə etməmişəm. İndi isə onlara ehtiyacım yoxdur. Ömrümün sonunda yaxşı adımı bərpa etmək istərdim. Buna görə də parlamentə müraciət etdim”, – deyə sabiq prezident bildirib.
Qeyd edək ki, ötən həftə Qırğızıstan parlamenti Əsgər Akayevin müraciətini rədd edib. Ölkə Prezidenti Sadır Japarov isə Ə.Akayevin ölkə qarşısında xidmətləri olduğunu desə də, onun bağışlanmaz səhvlərə yol verdiyini bildirib.
Həmin “bağışlanmaz səhv”lərdən biri 2005-ci ildə Ə.Akayevin xalq üsyanını boğmağa cəhd etməsi və insan tələfatı ilə nəticələnən əmrlər verməsidir.
#Qırğızıstan teqi istifadə olunub
- Paşinyan Sadır Japarovla nələri müzakirə etdi? | İrəvandan sülhlə bağlı açıqlama - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik | Məktəb ləvazimatını necə seçək? | Pezeşkiandan mesaj - YENİ BİR SƏHƏR
- Azərbaycan və Qırğızıstan müttəfiqliyi gücləndirir - Baku TV
- İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - Baku TV
