Qırğızıstanın keçmiş prezidentinin oğlu məhkəməyə müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstanın eks-prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev yenidən dünya mətbuatının gündəmindədir. Londonda mühacirət həyatı yaşayan Bakiyev Böyük Britaniyanın Ali Məhkəməsinə müraciət edərək, ona qarşı irəli sürülən maliyyə cinayətləri və korrupsiya ittihamlarının siyasi motivli olduğunu iddia edir. Baku TV-nin təqdim etdiyi süjetdə bildirilir ki, Maksim Bakiyev Qırğızıstanın indiki hakimiyyətinin onun aktivlərini dondurmaq cəhdlərinə qarşı hüquqi müstəvidə mübarizəyə başlayıb. Bişkek rəsmiləri isə onu dövlət vəsaitlərini mənimsəməkdə və 2010-cu il inqilabı zamanı baş vermiş hadisələrdə günahlandırır. Məhkəmə çəkişməsinin pərdəarxası, Bakiyevlər ailəsinin Londondakı mülkləri və Qırğızıstan prokurorluğunun bu müraciətə reaksiyası barədə bütün təfərrüatlar Baku TV-də.
#Qırğızıstan teqi istifadə olunub
- Paşinyan Sadır Japarovla nələri müzakirə etdi? | İrəvandan sülhlə bağlı açıqlama - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik | Məktəb ləvazimatını necə seçək? | Pezeşkiandan mesaj - YENİ BİR SƏHƏR
- Azərbaycan və Qırğızıstan müttəfiqliyi gücləndirir - Baku TV
- İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - Baku TV
