Qırmızı planetdə elə şeylər üzə çıxdı ki... | Elm adamlarından maraqlı kəşf
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ, Meksika və İspaniyadan olan beynəlxalq alimlər qrupu Marsda bu günə qədər məlum olan ən uzun üzvi molekulları aşkarlayıb.
Bu karbon zəncirləri 12-yə qədər ardıcıl karbon atomunu ehtiva edir və bioloji fəaliyyət nəticəsində Yerdə əmələ gələn yağ turşularının xassələrinə bənzəyir.
Nümunənin təxminən 3,7 milyard illik yaşı ona xüsusi dəyər verir. Bu, Yerdə həyatın yenicə yaranmağa başladığı dövrə uyğundur.
Üzvi maddələrin müstəsna olaraq qorunub saxlanması Marsın geoloji aktivliyin olmaması, soyuq, quru iqlimi ilə izah olunur.
Aşkar edilmiş molekullar Qırmızı planetdə qədim həyatın izlərini axtarmaq üçün yeni perspektivlər açır.
Molekulların bioloji mənşəyi hələ sübut olunmasa da, onların mövcudluğu Marsda həyatın yaranmasına səbəb ola biləcək mürəkkəb üzvi kimyanın mövcud olduğunu təsdiqləyir.
#Mars planeti teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- Qırmızı planetdə qədim sivilizasiya izlərinin mövcud ola biləcəyi iddia olunur
- "Charlie" Mars missiyasına hazırlaşır
- Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?
