Qırmızı planetdə insanlar yaşayıb? | Tədqiqatçı Marsda aşkarladığı izlərdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Marsın səthində qədim sivilizasiyanın mövcudluğuna dair qeyri-adi əlamətlər müşahidə edilib.
Bu nəticəyə ABŞ-də yerləşən "Sidoniya İnstitutu"nun qurucusu və baş tədqiqatçısı Corc Haas gəlib.
Alim yeni nəşr etdiyi "Marsın böyük memarları" adlı kitabında planetin səthində insan əli ilə yaradıldığına inandığı onlarla quruluşu təhlil edib.
C.Haasın diqqətini cəlb edən əsas obyektlərdən biri "Liviya dağları" kimi təqdim olunan bölgədə yerləşən və "Qala açarı" adlandırılan strukturdur. Bu relyef forması kəsik konus və ona bitişik dairəvi günbəzdən ibarətdir.
2019-cu ildə alim Qreq Orm bu bölgədə "hüceyrəvari strukturlar" aşkar edib. Daha sonra tədqiqatçı Caved Raza bu strukturların bir-biri ilə əlaqəli olduğunu və onların qədim şəhər kompleksini xatırlatdığını bildirib.
C.Haas bunların qədim sivilizasiya izlərinə dair dəlil ola biləcəyini düşünür. O, bu piramidaların süni ola biləcəyini istisna etmir.
Onun sözlərinə görə, təbii piramidalar adətən konus formasında olur və bərabərölçülü kənarları olmur.
Məşhur astronom Karl Saqanın fikrincə isə bu formalar külək və qumun təsiri ilə yaranıb və onların təbiətini müəyyən etmək üçün yerində tədqiqatın aparılmasını vacib sayır.
#Mars planeti teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- Qırmızı planetdə qədim sivilizasiya izlərinin mövcud ola biləcəyi iddia olunur
- "Charlie" Mars missiyasına hazırlaşır
- Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?
