Qonşu ölkənin əhalisi yox olur: əvvəl cinsiyyət dəyişirlər, sonra isə…
Yeniliklərdən dərhal xəbərdar olun
“Xüsusən son illər İranda cinsiyyətini dəyişdirənlərin sayının sürətlə artması din xadimlərinin etirazlarına səbəb olub”.
Bunu İran Prezidenti İbrahim Rəisinin qadın və ailə məsələləri üzrə müavini Ənisə Xəzəli də etiraf edib.
O, Nəzarət Şurasının və Ekspertlər Şurasının üzvü, Qum şəhərinin cümə imamı Əlirza Erafi ilə görüşündə bunları deyib: “İndi həkimlər çox rahatlıqla cinsiyyəti dəyişdirmək barədə arayış verirlər. Bu, ölkədə gənclərin nəsil artırmaq qabiliyyətlərini məhv edir”.
Ə.Xəzəlinin sözlərinə görə, cinsiyyətini dəyişdirənlərin 50 faizi bir müddət sonra intihar edirlər.
Qeyd edək ki, bununla yanaşı, İranda kişilər arasında estetik plastik əməliyyat etdirənlərin də sayı çoxalıb. Bu barədə açıqlama verən Plastik Cərrahlar Cəmiyyətinin rəhbəri Şəhram Nikuməram deyib ki, estetik əməliyyatlar etdirdiklərinə görə, bir çox iranlılar tanınmaz hala düşüblər.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
