Pleyeri seçin:
"Crocus" terrorunda ölənlərin sayı yenidən artdı | Təcili açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada “Crocus City Hall”da baş verən terror aktında xəsarət alan və ölənlərin sayı artıb.
Bu barədə jurnalistlərə Rusiyanın səhiyyə naziri Mixail Muraşko açıqlama verib.
Bildirib ki, hadisədə yaralananların sayı 382-yə, ölənlərin sayı isə 144-ə çatıb.
“Təəssüf ki, güllə yaraları alan və vəziyyəti son dərəcə ağır olan daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, – deyə o açıqlamasında qeyd edib.
Xatırladaq ki, Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı martın 22-də baş verib. Prezident Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD isə terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
