"Düzgün iş görməsə, çox yüksək bədəl ödəyəcək" | Donald Tramp - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuelanın vitse-prezidenti, dövlət başçısı vəzifəsini icra edən Delsi Rodriqesin hərəkətləri rəsmi Vaşinqtonu qane etməsə, o, bunun bədəlini ödəyəcək.
“Delsi Rodriqes “səhv addım” atarsa, o zaman onun üçün nəticələr Nikolas Maduroya tətbiq edilən tədbirlərdən daha sərt ola bilər”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton Venesueladakı prosesləri diqqətlə izləyir və ölkənin yeni rəhbərliyinin addımlarına sərt reaksiya verə bilər.
ABŞ Prezidenti həmçinin yenidən Qrenlandiya mövzusuna toxunub. O bildirib ki, təhlükəsizlik baxımından Birləşmiş Ştatların ada üzərində nəzarətə ehtiyacı var, çünki bölgədə Rusiya və Çin gəmilərinin fəal iştirakı müşahidə olunur.
Tramp vurğulayıb ki, Vaşinqton bu vəziyyətə göz yuma bilməz.
#Donald Tramp teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
