"Haber Global" beş mükafata layiq görüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin paytaxtı Ankara şəhərində "Kameranın şahidliyində Qəzza" mövzusu üzrə 28-ci Zoom Beynəlxalq Xəbər Müsabiqəsi keçirilib.
Suriyada 2024-cü ilin 8 dekabrında baş verən dövlət çevrilişinə dair yayımları ilə diqqət çəkən "Haber Global" 5 fərqli kateqoriyada mükafatlara layiq görülüb.
Məlumata görə, "Haber Global" dron və canlı yayım xəbərləri kateqoriyalarında mükafatlar qazanıb. Xəbər operatorları ilin ən yaxşı görüntülərini seçiblər.
Kəşfiyyat rəisi Mücahit Topçu və operator Serdar Altıntepe Suriyada dövlət çevrilişi ilə əlaqədar xəbəri ilə dron kateqoriyasında təltif olunublar.
"Haber Global"ın müxbiri Mehmet Altunışık və operator Çağrı Çalışkan illər sonra evlərinə qayıdan suriyalılardan bəhs edən "Evə qayıdış" yayımına görə canlı yayım xəbər kateqoriyasında mükafatlandırılıblar. Kanalın müxbiri Yunus Emre Şahbenderoğlu isə "Əməvi Məscidində ilk dua" adlı xəbəri ilə xüsusi mükafatın sahibi olub.
#Haber Global teqi istifadə olunub
- “Kiminsə bizə nəsə diktə edə biləcəyi barədə fikirlər...” | Prezidentin mesajları “Haber Global”da
- Ərdoğandan təbrik mesajı: Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik - Baku TV
- Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur - Baku TV
- Türkiyə və Azərbaycana qarşı ortaq maneə? | Mümkün təzyiqlər kimə sərf edir? - Baku TV
- “Bu gün onlar Azərbaycan çayını həbsxanalarda içirlər” | Prezidentdən diqqətçəkən mesajlar - Baku TV
