"Instagram" və "YouTube" Kadırovları sildi: Çeçenistandan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Instagram” sosial şəbəkəsi Çeçenistan rəhbərinin oğulları – Axmat, Adam və Eli Kadırovun, həmçinin respublika rəhbəri Ramzan Kadırovun fəaliyyətləri ilə bağlı səhifələrini bloklayıb.
Bu barədə TASS-a ölkənin milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.
“Bir gün əvvəl müxtəlif internet platformalarında respublikamızda aparıcı akkauntlar bloklanıb. Bunlar Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırovun və Çeçenistan Respublikasının rəhbəri, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovun fəaliyyətindən bəhs edən səhifələrdir.
Bundan əlavə, başçının oğulları – Axmat, Eli və Adam, həmçinin Xamzat Kadırovların, Çeçenistan dövlət teleradio şirkəti “Qroznı”nın üç kanalının “YouTube”da hesabları bloklanıb. Aydındır ki, kiçik Çeçenistan Respublikası xaricdəki “söz azadlığına” nəzarət edənlər arasında o qədər qorxu yaradır ki, onlar informasiya sahəsində həqiqətin səsini boğmağa o qədər can atırlar”, – deyə o bildirib.
#İnstagram teqi istifadə olunub
- Şəkil çəkdirməyi sevənlər üçün yeni platforma istifadəyə verilib
- "Instagram"ın ən böyük xəbər səhifələrindən olan BAKU.WS rekorda imza atdı - Baku TV
- BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb
- Bu videolar televizorlarda izlənilə biləcək
- Artıq hamı bunu işlədir! | Dünyada ən çox yüklənilən tətbiq hansıdır?
