Pleyeri seçin:

"Kölgə" ləqəbli rəhbər kimdir? | Sinvarların liderlikləri davam edir

13 yanvar 2025 430 baxış

HƏMAS hərbi qruplaşmasının qanadlarından biri olan İzzəddin əl-Qəssam Briqadalarının rəhbəri Məhəmməd Sinvar təşkilatın yeni lideri seçilib.

Xarici medianın yaydığı məlumata görə, yeni rəhbər 2024-cü ilin oktyabrında İsrail Ordusu tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır.

Hərəkatın yeni başçısı qruplaşmanın dirçəldilməsi üçün aktiv şəkildə çalışır, çünki onun döyüş imkanları 2023-cü ilin oktyabrından başlayan müharibədən sonra ciddi şəkildə zəifləyib.

İsrail Ordusunun məlumatına görə, döyüşlər zamanı HƏMAS-ın 30 min döyüşçüsündən 17 mini öldürülüb. Son bir neçə ay ərzində isə hərəkata yüzlərlə yeni yaraqlı qoşulub.

Qeyd edək ki, təşkilatın Qətərdəki siyasi ofisi kollektiv rəhbərliyə keçməyə qərar versə də, qrupun anklavdakı üzvləri buna tabe olmayaraq müstəqil hərəkət etməyi seçiblər.

Xarici medianın məlumatına görə, Məhəmməd Sinvarın təxminən 50 yaşı var. O, gənc yaşlarında HƏMAS-a qoşulub və avqustda öldürülən hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd Deyfin yaxın adamlarından biri olub.

Böyük qardaşından fərqli olaraq Məhəmməd Sinvarın İsrail həbsxanasında elə də “böyük xidmətləri” olmayıb. Bu səbəbdən də o, daha az tanınır. M.Sinvar uzun illər pərdə arxasında çalışdığı üçün “Kölgə” ləqəbini alıb.

Qeyd edək ki, yeni liderin məqsədi İsraillə razılaşma çərçivəsində HƏMAS-ın resurslarını bərpa etmək, hərəkatın Qəzza zolağında mövqelərini gücləndirmək və anklavda uzunmüddətli sülhə nail olmaqdır.

Banner
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 430 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 430 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 430 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 430 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 430 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 430 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 430 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 430 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 430 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 430 baxış
Seçilmişlər
icon