"Molla rejiminin gücü İsrail və ABŞ-yə göstərdi ki..." | Arkovdan savaşla bağlı sensasiyalı şərh
Yeniliklərdən dərhal xəbərdar olun
“İranda dövlət çevrilişi yolu ilə rejim dəyişikliyi Qərbdə hazırlanmaqda olan mümkün ssenarilərdən biridir. Lakin mövcud vəziyyətə əsasən, praktikada bunun icrası rahatlıqla mümkün deyil”.
Bu sözləri “Axar.az”a İran-İsrail münaqişəsini şərh edən rusiyalı politoloq Vitali Arkov deyib.
“Mollaların rejimi çox güclüdür və bu rejimin Təl-Əviv və Vaşinqtonda Tehrana qarşı bu hərbi kampaniyaya başlayanda onların düşündüklərindən daha güclü olduğu ortaya çıxdı. Ötən onilliklərdə İranda dinin böyük əhəmiyyət kəsb etdiyi, lakin milli ideyanı əvəz etmədiyi möhkəm güc maşını yaradılıb.
İranın İsrailə qarşı həyata keçirdiyi və çox təriflənən Dəmir Qübbə sistemi tərəfindən qarşısı tam alınmayan kütləvi zərbələri ya “Mossad”ın kəşfiyyat nəticələrinin səhv olduğunu, ya da SEPAH-ın israilli həmkarlarını dezinformasiya ilə aldadıb onlardan üstün olduğunu göstərir. Eyni zamanda İranın yüksək hərbi komandanlığının nümayəndələrinin və aparıcı nüvə alimlərinin məhv edilməsindəki zərgər dəqiqliyinə görə “Mossad”ın işinə qiymət verməyə dəyər.
Digər tərəfdən, Xameneinin səhhətinin pisləşməsi fonunda Tehranın daxili mübarizəsində güclü rəqiblərlə mübarizə aparmaq üçün İranın nüfuzlu generallarının dəqiq yeri ilə bağlı məlumatların qəsdən israillilərə “sızdırıldığı” ehtimalı da var. Burada İranın keçmiş prezidenti İbrahim Rəisinin qəribə ölümünü xatırlamaq kifayətdir”, ‒ o bildirib.
#ABŞ teqi istifadə olunub
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
- ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb
- Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır
- Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI
- İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV
