"Onlar nüvə silahından imtina etməsələr, sülh sazişi də olmayacaq" | Tramp - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İranın öz məğlubiyyətini etiraf və mübarizədən imtina etdiyini açıq şəkildə bildirməsini gözləyir.
Bu barədə Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
“Onların etməli olduğu yeganə şey sadəcə olaraq “biz təslim oluruq” deməkdir. Onların iqtisadiyyatı hazırda çox pis vəziyyətdədir. Bu, ölü iqtisadiyyatdır”, – deyə amerikalı lider vurğulayıb.
Donald Tramp qeyd edib ki, ABŞ nümayəndələri hazırda İranla daha çox telefon vasitəsilə danışıqlar aparırlar və hər dəfə uçuşlara 18 saat sərf etmir. Onun sözlərinə görə, hətta sənədlərin imzalanması da telefon əlaqəsi vasitəsilə razılaşdırılır.
“Onlar böyük yol keçiblər. Sual budur ki, kifayət qədər irəli gedəcəklərmi? Lakin nüvə silahından imtina etməyə razı olmasalar, sülh sazişi də olmayacaq”, – deyə Donald Tramp əlavə edib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
