"Onları aradan götürün!" - Putin Ukraynanı diz çökdürəcək əməliyyatı başladır?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukraynanın tamamilə məhv edilməsini istəyir, buna görə də normal sülh danışıqları və müharibənin dayandırılmasında maraqlı deyil.
“Teleqraf” xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatını təhlil edən ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) belə qənaətə gəlib.
Medvedev İstanbulda danışıqların Rusiyaya “mümkün qədər tez qələbə və Ukrayna hökumətinin tam məhvi üçün” lazım olduğunu bəyan edib.
ISW analitikləri Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına da diqqət çəkib. Dünən o, Rusiyanın İstanbuldakı son danışıqlarda təqdim etdiyi memorandumun “münaqişənin əsas səbəbləri”ni aradan qaldırmağa yönəldiyini bildirib və danışıqların növbəti raundundan dərhal həll gözləməməyə çağırıb.
Peskov eyham vurub ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ və Ukraynadan olan həmkarları Donald Tramp və Volodimir Zelenski ilə görüşünü də gözləməyə dəyməz. Kremlin sözçüsü belə bir görüşün baş tutması üçün bir sıra şərtlərin yerinə yetirilməli olduğunu söyləyib.
ABŞ institutu qeyd edib ki, danışıqlarda Rusiya nümayəndə heyətinin iştirakına baxmayaraq, Moskva müharibənin dayandırılması ilə bağlı heç bir güzəştə getmək niyyətində deyil:
“Rusiya Ukraynanın tam təslim olmasına səy göstərməkdə davam edir və bu, Putin hərbi yolla qələbəyə inandıqca davam edəcək”.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV
- Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
- Əbu-Dabidə keçiriləcək danışıqlarda təhlükəsizlik zəmanətləri əsas mövzu olacaq
- Berlin Ukraynaya maliyyə dəstəyi üçün vahid öhdəlik tələb edir
