"Qonşumu da görə bilmirdim" | Təbii fəlakət sakinləri şoka saldı
Yeniliklərdən dərhal xəbərdar olun
İndoneziyada Levotobi Laki-laki vulkanı püskürüb.
Nəticədə ətrafdakı yaşayış məntəqələrini kül və toz buludu cənginə alıb.
Qeyd olunub ki, vulkan 18 kilometrə qədər hündürlüyə kül püskürərək, görünüşü demək olar ki, sıfıra endirib.
Kənd sakini hadisəni bu cür xatırlayır: “Zəlzələ oldu, sonra vulkan püskürdü, kül göyə qalxdı, hər yer qaraldı. Görünüş cəmi 10 metr idi, qonşumu belə görə bilmirdim. Güclü külək də var idi”.
Geoloqlar vulkanın təhlükə səviyyəsinin ən yüksək səviyyədə qaldığını bildiriblər. Turistlərə vulkandan ən azı 6 kilometr aralıda olmaları və lava axınına yaxınlaşmamaları barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, İndoneziya Sakit okean hövzəsinin “Alov halqası” zonasında yerləşir. Bu səbəbdən ölkədə 120-dən çox aktiv vulkan mövcuddur.
#İndoneziya teqi istifadə olunub
- İndoneziyada qeyri-adi hadisə baş verib
- Rusiya ordusuna cəlbetmə iddiaları İndoneziya hökumətini hərəkətə keçirib - Baku TV CANLI
- Kontent hazırlayan əcnəbilərin ölkəyə girişi qadağan edilə bilər
- Qatar qəzasında 14 nəfər öldü, yaralananlar var
- İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ | Sunami xəbərdarlığı edildi
