Pleyeri seçin:

"Vaqner" qrupu Malidən çıxarıldı | Rusiya gücünü belə göstərir

01 avqust 2025 548 baxış

2023-cü ildə Yevgeni Priqojinin qiyamından sonra Moskva xaricdəki təhlükəsizlik məsələlərinə, xüsusən də “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə nəzarəti daha da gücləndirib.

Bu barədə Britaniya Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, 2025-ci ilin iyun ayında Rusiya Müdafiə Nazirliyi “Vaqner” qrupunu tam şəkildə Malidən çıxarıb və onu “Afrika Korpusu” adlı yeni strukturla əvəzləyib. Yeni kontingentin say tərkibi təxminən 2 min hərbçidən ibarətdir. Halbuki daha əvvəl bu ölkədə 2,5 minədək “Vaqner” döyüşçüsü fəaliyyət göstərirdi.

Eyni zamanda Rusiya bölgəyə 100-dən çox ağır texnika, o cümlədən əsas döyüş tankları, yaylım atəşli reaktiv sistemlər və taktiki bombardmançı təyyarələr göndərib. Bu isə bölgədə Moskvanın hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirib.

Moskva “Vaqner” muzdlularını mərhələli şəkildə dövlət strukturları ilə əvəzləyir. Bu proses 2023-cü ildə Suriyada, 2024-cü ildə Liviyada, indi isə Malidə həyata keçirilib.

Buna baxmayaraq, “Vaqner” qrupunun tam sıradan çıxmadığı qeyd olunur. Britaniya kəşfiyyatına əsasən, muzdlular hələ də Mərkəzi Afrika Respublikası və Belarusda fəallığını saxlayır. Bu ölkələrdə müvafiq olaraq təxminən 2 min və 300 nəfərlik qüvvə yerləşdirilib.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 548 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 548 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 548 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 548 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 548 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 548 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 548 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 548 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 548 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 548 baxış
Seçilmişlər
icon