"Vəziyyəti gərginləşdirəcək heç nə etməyəcəyəm" | İran prezidentindən etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
“Bəzi ekspertlər də hicab haqqında qanuna riayət olunmasını dəstəkləyir, amma mənim bununla məşğul olmağa imkanım olmayıb”.
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bilirdim ki, bunu etsəm, ölkədə səngidə bilməyəcəyim münaqişə yaranacaq. Buna görə də ölkədə vəziyyəti gərginləşdirəcək heç nə etməyəcəyəm. Şəxsən mən hicaba inanıram və ailəmdə hər kəs çadra taxır. Lakin bu o demək deyil ki, başını bağlamayanlar fəzilətli deyillər. Mən bu inancla yaşayıram”, – deyə o bildirib.
Qeyd edək ki, 1979-cu ildə İran İslam Respublikası qurulandan sonra şəriət qaydalarına görə, qadınlar saçlarını gizlətməli və uzun boş paltar geyinməlidirlər. Bununla qadınlar bədən formalarını gizlətmiş olurlar. Qaydanı pozanlar ictimai qınaq, cərimə və həbslə üzləşə bilərlər. M.Pezeşkian isə etiraf edib ki, bu qaydaya riayət olunmasını təmin etmək gücündə deyil.
#İran teqi istifadə olunub
- Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır
- Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI
- COVID-19 və qrip yenidən narahatlıq yaradır: ölənlər var - Baku TV
- COVID-19 və qrip yenidən narahatlıq yaradır - Baku TV CANLI
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
