Quranı yandıran şəxs Kadırovun oğlu tərəfindən döyüldü: Oğlumla qürur duyuram
Yeniliklərdən dərhal xəbərdar olun
“Quran”ın yandırılması şəklində təxribatlar yolverilməzdir, lakin təqsirləndirilən şəxslərin həbsdə saxlanması qaydaları var”.
Bu sözləri Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev deyib.
O, Ramzan Kadırovun yaydığı və “Quran”ı yandıran şəxsin döyülməsini əks etdirən videoya da münasibət bildirib.
Rusiya mediası xəbər verir ki, Fadeyev “Quran”ın yandırılmasının qanunauyğun olaraq cəzalandırılmalı olan ağır cinayət olduğunu deyərək vurğulayıb ki, bir çox dinlərin və məzhəblərin olduğu ölkədə bu cür təxribatlar yolverilməzdir.
Eyni zamanda, Şura sədri onu da qeyd edib ki, təqsirləndirilən və şübhəli bilinən şəxslərin həbsdə saxlanma qaydaları var ki, onlara ciddi əməl olunmalıdır. O, “Quran”ı yandırmaqda təqsirləndirilən şəxsə qarşı ədalətli mühakimə olunacağına ümid etdiyini bildirib.
İnsan Hüquqları Şurasının üzvü Marina Əhmədova da videoya reaksiya verib. O, “Telegram” kanalında yazıb: “Şimali Qafqazda göstərdiyi köməyə görə Kadırova minnətdarlığıma baxmayaraq, müdafiəsiz vəziyyətdə olan şəxsin döyülməsi ilə razılaşmıram. Bu, məni qəzəbləndirir”.
O həmçinin vurğulayıb ki, heç bir dinin təhqir edilməsi qanunun pozulmasına haqq qazandıra bilməz və cəzanı Kadırovun oğlu deyil, məhkəmə təyin etməlidir. M.Əhmədova bir insanın zəifliyindən istifadə edərək ona zərər vurmağın yolverilməz olduğu fikrini də ifadə edib.
#Qurani-Kərim teqi istifadə olunub
- "Allah qorxusundan edilən yaxşılıq düzgündür?!" - Əxlaqlı olmaq üçün dindar olmaq vacibdir? | AMİN
- Nyu-York şəhərinin merindən "Qurani-Kərim" barədə açıqlama
- Süni intellekt dini mətnləri dəyişir? | Tatarıstan müftisindən şok açıqlama
- "Onda anladım ki, insan meymundan yarana bilməz" | SSRİ din xadimlərini niyə aradan götürdü? - AMİN
- Hicab və namaz o vaxt əmr edilib ki... | Gənclər dindən niyə uzaqlaşdırılır? - AMİN
