Pleyeri seçin:
Raket zavodu partladıldı | Qəzzada neçə İsrail əsgəri həlak olub?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc düşərgəsində HƏMAS qruplaşmasına məxsus raket zavodunda baş verən partlayış nəticəsində 6 İsrail əsgəri həlak olub.
Məlumata görə, hadisə İsrailin zavodu atəşə tutmasından sonra baş verib. 6 İsrail əsgərinin ölümünə səbəb olan partlayış nəticəsində yeraltı infrastrukturu olan emalatxana dağıdılıb.
İsrail ordusunun Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatı başlayandan bəri həlak olan hərbçilərinin sayı 185-ə çatıb.
Ümumilikdə, oktyabrın 7-dən Fələstin-İsrail münaqişəsində İsrail ordusunun 520 hərbçisi həyatını itirib.
Kopyalandı
#Qəzza zolağı teqi istifadə olunub
