Razılığımız olmadan seçilən lider hakimiyyətdə qala bilməz | Tramp
Yeniliklərdən dərhal xəbərdar olun
"İranın yeni ali lideri əvvəlcə Vaşinqtonun razılığını almalıdır, əks halda, o, uzun müddət hakimiyyətdə qala bilməz".
Bunu ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, ABŞ regionda vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq istəyir və buna görə də İran rəhbərliyində dəyişikliklərin Vaşinqton üçün qəbuledilən olması vacibdir.
Ağ Ev rəhbəri eyni zamanda bildirib ki, mövcud İran hakimiyyəti ilə əlaqəli bir namizədin də təsdiqlənməsi mümkündür. Onun sözlərinə görə, İran rəhbərliyi üçün uyğun hesab edilə biləcək bir çox namizəd var.
D.Tramp əlavə edib ki, Vaşinqton İranın bütün Yaxın Şərq regionunu nəzarətə götürməyi planlaşdırdığını hesab edir və bu səbəbdən mümkün addımların hamısını nəzərdən keçirir.
O həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün ABŞ xüsusi təyinatlı qüvvələrinin göndərilməsini də istisna etməyib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
