Pleyeri seçin:

Robin Uilyams | Bir velosipedlə narkotikdən qurtulan aktyoru məzara nə apardı? - RETRO BAKU

18 noyabr 2023 226 baxış

Robin Uilyams 1951-ci ildə dünyaya gəlib.

Robinin atası “Ford” şirkətinin uğurlu icraçısı Robert Uilyams, anası keçmiş model Laurie McLaurin Smith idi.

Uilyams ailəsi çox zəngin idi. Robin 11 yaşında olanda ailə Çikaqodan Detroit ətrafına köçür və burada 40 otaqlı evdə məskunlaşırlar.

Var-dövlət və məşhur nəsil ona xoşbəxtlik gətirmir. Oğlan tənha idi və valideynlərindən daha çox qulluqçularla ünsiyyət qururdu. Bahalı oyuncaqlar və dəbdəbə artıq çəkidən əziyyət çəkən və buna görə də çox utancaq olan Robinə xoşbəxtlik gətirmirdi.

Aktyor xatirələrində ilk illər yeganə yoldaşının və dostunun yalnız təxəyyülü olduğunu etiraf edib. Anasından miras qalan yumor hissi Robin Uilyamsa utancaqlığı aradan qaldırmağa və dostlar tapmağa kömək etdi.

Robin böyüdükcə sinifdə ən populyar oğlan olmağı bacardı. O, həm də dram dərnəyində mükəmməl aktyorluq qabiliyyətini göstərdi. Məktəbi bitirdikdən sonra Robin Uilyams aktyorluq təhsilini davam etdirmək qərarına gəlir.

1973-cü ildə məşhur Nyu-York Juilliard Məktəbinin tələbəsi olur və burada teatr sənəti üzrə təhsil alır. Amma 3 ildən sonra müəllimi Con Hausmenin məsləhəti ilə ordan ayrılır və o, Robinə Los-Ancelesə getməyi məsləhət görür.

Robin Uilyamsın yaradıcılığı Los-Ancelesə köçdükdən sonra başladı, burada o, ilk dəfə komediya aktyoru kimi müxtəlif klubların səhnələrində göründü.

Bir gün məşhur prodüser Corc Şletter Robini görür və onu məşhur televiziya şousu “Lough-In”ə dəvət edir. Lakin bir müddət sonra layihə tamaşaçılarını itirir və bağlanır. Gənc sənətçi klublardakı əvvəlki çıxışlarına qayıtmalı olur.

“Komediya Eynşteyni” adlandırılan Robin Uilyams Amerikanın məşhur klublarına, daha sonra isə Böyük Britaniyaya dəvət olunur. Burada sənətçi tez bir zamanda çox məşhurlaşır, tezliklə “The Richard Pryor Show”a dəvət edilir.

Demək olar ki, bütün komediya ustaları bu verilişin aktyor heyətinə qoşulmağı xəyal edirdilər. Robin Uilyams filmdə debütünü 1978-ci ildə edir. Rejissor Harri Marşall Robini bir dəfə klubların birində görür və onu “Xoşbəxt günlər” serialında yadplanetli roluna dəvət edir.

Mork kimi uğurlu obrazı prodüserlərə “Mork və Mindi” komediya şousunu yaratmaq ideyasını verir. Serial 1978-ci ildə ABC kanalında çıxır və 4 il yayımlanır.

O vaxtdan bəri Mork ABŞ-də ən çox tanınan personaj olur. Robin Uilyamsın fotoşəkilləri böyük qəzet və jurnalların üz qabığında dərc olunur. Sənətçi müxtəlif verilişlərin daimi qonağı olur.

“Popey” filmindəki baş rol aktyora daha da böyük şöhrət gətirir. Bir neçə cizgifilmini səsləndirən Robin daha çox “Ələddin” cizgifilmindəki “Cin” obrazını səsləndirməsi ilə yadda qaldı.

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 226 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 226 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 226 baxış
Arizona ştatındakı hərbi bazada atışma baş verib

Arizona ştatındakı hərbi bazada atışma baş verib

Dünya
20 dekabr 2025 226 baxış
Rusiya Prezidentindən sensasiyalı açıqlama

Rusiya Prezidentindən sensasiyalı açıqlama

Dünya
20 dekabr 2025 226 baxış
Rubio Rusiya-Ukrayna müharibəsindən danışdı

Rubio Rusiya-Ukrayna müharibəsindən danışdı

Dünya
20 dekabr 2025 226 baxış
Avropadan Ukraynaya rekord məbləğdə yardım | Müharibə bitəcək, yoxsa? - Baku TV

Avropadan Ukraynaya rekord məbləğdə yardım | Müharibə bitəcək, yoxsa? - Baku TV

Dünya
20 dekabr 2025 226 baxış
Rusiyadan Avropaya xəbərdarlıq | Bu raket mümkünsüz hədəfləri də vura bilər! - Baku TV

Rusiyadan Avropaya xəbərdarlıq | Bu raket mümkünsüz hədəfləri də vura bilər! - Baku TV

Dünya
20 dekabr 2025 226 baxış
Avropalı fermerlər etiraza qalxdı | Küçələr döyüş meydanına çevrildi - Baku TV

Avropalı fermerlər etiraza qalxdı | Küçələr döyüş meydanına çevrildi - Baku TV

Dünya
20 dekabr 2025 226 baxış
Makrondan Putinlə bağlı sensasiyalı açıqlama

Makrondan Putinlə bağlı sensasiyalı açıqlama

Dünya
20 dekabr 2025 226 baxış
Seçilmişlər
icon