Pleyeri seçin:

Roma Papası nəyə əsasən seçiləcək? | Dünyanın gözü Vatikanda

21 aprel 2025 773 baxış

Roma Katolik kilsəsinin 266-cı ruhani lideri kimi 12 illik fəaliyyətindən sonra Papa Fransisk 88 yaşında vəfat edib.

Geriyə isə suallar qalır. Yeni Roma Papası kim olacaq və nəyə əsasən seçiləcək?

Papa Katolik kilsəsinin başçısıdır. Roma katolikləri inanırlar ki, o, birbaşa İsa Məsihə qədər uzanan mənəvi xəttin davamçısıdır. Papa Müqəddəs Pyotrun sağ qalan varisi hesab olunur. Bu ona bütün Katolik kilsəsi üzərində tam və maneəsiz səlahiyyət verir və onu dünyada təxminən 1,4 milyard katolik üçün mühüm səlahiyyət sahibi edir.

Xatırladaq ki, dünyada yaşayan xristianların təxminən yarısı katolikdir. Papa dünyanın ən kiçik müstəqil dövləti olan Vatikanda yaşayır.

Ənənəvi olaraq papaların dəfn mərasimi çox təntənəli şəkildə keçirilsə də, mərhum Papa Fransisk şəxsən özü bu prosesin daha sadə və təvazökar formada aparılmasına dair sərəncam vermişdi. Papa Fransisk özü üçün daxili hissəsi sinklə örtülmüş sadə taxta tabut seçib.

"Yeni Papa kim tərəfindən seçilir?" sualına gəldikdə isə bu, Katolik kilsəsinin ən yüksəkrütbəli nümayəndələri – Kardinallar Kolleci tərəfindən həyata keçirilir. Papa vəfat etdikdə kardinallar Vatikanda iclasa çağırılır və ardınca seçki keçirilir. Səsvermə hər kəsə qapalı şəkildə baş tutur. Kardinallar istədikləri namizədə səs verir və qalib müəyyən edilənə qədər bu proses bir neçə gün davam edə bilər.

Keçmiş əsrlərdə səsvermə hətta həftələrlə, aylarla uzanıb. Seçkinin necə getdiyinə dair yeganə nişan gündə iki dəfə kardinalların səsvermə vərəqlərinin yandırılmasından qalxan tüstüdür: qara tüstü uğursuzluğu, ağ tüstü isə yeni Papanın seçildiyini bildirir. Ağ tüstü qalxdıqdan sonra yeni Papa adətən bir saat ərzində Müqəddəs Pyotr meydanına baxan eyvanda görünür.

Kopyalandı
Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 773 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 773 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 773 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 773 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 773 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 773 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 773 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 773 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 773 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 773 baxış
Seçilmişlər
icon