Roma Papası Türkiyəyə səfər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin görməli yerləri, o cümlədən bu yaxınlarda kəşf edilən dini məbədin qalıqları və tarixi Göy Məscid bu həftə Papa Leonun ziyarətinə hazırlaşır.
Papanın İznik qəsəbəsində yerləşən və xristianlığın 1700 il əvvəl ilk dini məclisinin keçirildiyi ehtimal edilən Müqəddəs Neofitos Məbədinin xarabalıqlarını ziyarət etməsi gözlənilir.
Arxeologiya üzrə professor, ərazidəki qazıntı işlərinin rəhbəri Mustafa Şahin deyir ki, "Birinci Şura" xristianlığın təməl prinsiplərinin ortaya qoyulduğu bir toplantıdır. Bu məclis xristianlığın demək olar ki, bütün məzhəblərinin, istər katolik, istər pravoslav, istərsə də protantik məzhəblərin qəbul etdiyi yeganə toplantıdır.
Professor onu da qeyd edib ki, xristianlar hətta "Birinci Şura"nın olduğu bu məkanı "dinimizin doğulduğu yer" adlandırırlar.
Qlobal Katolik Kilsəsinin yeni lideri andiçmə mərasimindən sonra ilk olaraq Türkiyəyə səfər edəcək. Papa Neofitos Məbədinin xarabalıqlarını ziyarət etdikdən sonra İstanbulun Sultanəhməd məscidini də ziyarət edəcək.
#Roma Papası XIV Leo teqi istifadə olunub
- Roma papası əməliyyat olunub, ağciyərindəki düyünün çıxarıldığı iddia edilir
- Roma Papası XIV Leo Parisdə insanları başına topladı
- Roma Papasının İspaniyaya rəsmi səfəri başa çatıb
- Pezeşkian Roma Papasına təşəkkür etdi | Hörmüzün aqibəti necə olacaq? - Baku TV
- Tramp Roma Papası XIV Lev barədə sərt açıqlamalar verib
