Ronaldo niyə sevgilisi ilə evlənmir? - Corcina etiraf etdi ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Kriştiano Ronaldo dünyanın ən reytinqli insanlarından biridir. Bu fakt isə onun bütün fəaliyyətlərinə populyarlıq qazandırır.
Futbolun yaşayan əfsanələrindən olan Ronaldoun şəxsi həyatı da fanatları tərəfindən diqqətlə izlənilir və müəyyən suallar yaranır.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezlə niyə hələ də evlənmədiyi barədə yaranan suallara aydınlıq gətirilib.
Bu barədə Corcinanın özü "Netflix"in "Mən, Corcina" realiti-şousunda danışıb. O, uzun müddətdir sevgilisi Ronaldodan evlilik təklifi gözlədiyini etiraf edib.
Kriştiano Ronaldo isə bu suala belə cavab verib: "Ona həmişə deyirəm ki, bir işarə hiss etdikdə evlənəcəyik. Corcina hər şeydə olduğu kimi bunda da nə demək istədiyimi yaxşı bilir. Bu, bir ildən sonra da ola bilər, yarım ildən, hətta bir aydan sonra da. Lakin mən 100 faiz əminəm ki, bu, baş verəcək".
Xatırladaq ki, Kriştiano Ronaldo 2018-ci ildə Corcinaya evlənmə təklifi edib, lakin onların toyu hələ olmayıb. Onlar 2016-cı ildən sevgilidirlər.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
