Pleyeri seçin:

Rumıniyalı deputat Rusiyaya səfəri zamanı qalmaqallı bəyanatla çıxış etdi

20 oktyabr 2025 569 baxış

Avropa Parlamentinin Rumıniyadan olan ultrasağ deputatı Diana Şoşoake Rusiyaya səfəri zamanı qalmaqallı bəyanatla çıxış edib.

O iddia edib ki, 2023-cü ildə guya Volodimir Zelenskinin Rumıniya parlamentində çıxış etməsinə mane olub. 

“Əgər o mənim parlamentimə gəlməyə cürət etsə, onun ayaqlarını qıraram!”, ‒ deyə Diana Şoşoake əlavə edib. 

Bu çıxış “Rusiyanın Dostları” Beynəlxalq Assosiasiyasının toplantısında səslənib. Assosiasiyaya özünü italyan qrafı adlandıran Pyetro Strameççi rəhbərlik edib.

Şoşoake həmçinin RT kanalının 20 illiyi münasibətilə keçirilən mərasimdə də iştirak edib. Həmin tədbirdə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Deputat çıxışı zamanı yenidən prokreml təbliğat tezislərini təkrarlayıb və Ukraynada guya bir milyondan çox rumının sıxışdırıldığını, onlara rumınca danışmağın və pravoslavlığı yaşatmağın qadağan edildiyini iddia edib.

O həmçinin bildirib ki, “millətçi mesajı” salonda alqışla qarşılanıb və “gənclər tərəfindən yüksək qiymətləndirilib”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 569 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 569 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 569 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 569 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 569 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 569 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 569 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 569 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 569 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 569 baxış
Seçilmişlər
icon