Rus balerina “şpaqat” açdı, başı polislə bəlaya girdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Əməkdar artisti, balet ustası Anastasiya Voloçkova hərəkəti ilə başını bəlaya salıb.
47 yaşlı Anastasiya "La-5" sovet qırıcı təyyarənin qanadına bir ayağını qoyaraq digəri ilə çətin akrobatik hərəkətlərdən sayılan “şpaqat” açıb.
A.Voloçkova müharibənin ən çətin illərində istifadə olunan döyüş təyyarəsi qarşısında çəkilmiş şəklini sosial şəbəkə hesabında paylaşaraq rəy bölməsinə "Hərəkətsiz bir gün qalmayacaq" yazıb.
Göründüyü kimi, kadr "Mosfilm" muzeyinin yaxınlığında çəkilib. Rəssamın yanında “poza” verdiyi hərbi təyyarə "İki kapitan", "Onlar Vətən uğrunda vuruşdular" və "Moskva səması" filmlərinin çəkilişlərində istifadə olunub. Əməkdar artistin bu hərəkəti isə onu həbs olunacağı təhlükəsi ilə üz-üzə qoyub.
Belə ki, "Shot" “Telegram” kanalının yaydığı məlumata görə, Anastasiya Voloçkovanı hərbi şöhrət simvollarını “şpaqat” açması səbəbi ilə təhqir etdiyinə görə üç ilə qədər həbs gözləyir.
