Rus zabitin əməli ona baha başa gəldi | Məhkəmə qərarı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələrinin zabiti Krıma hücum zamanı Ukrayna Ordusuna məxsus PUA-nın yerinə Rusiya Aerokosmik Qüvvələrinin "Mil Mi-8" helikopterini vurduğuna görə məhkum edilib.
Bu barədə Rusiya mətbuatında məlumat verilib.
Bildirilib ki, zabit İqor Paşkova ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olan səhlənkarlıq ittihamı ilə hökm oxunub.
Krımda Hava Hücumundan Müdafiə bölmələrindən birində operativ növbətçi komanda məntəqəsinin baş köməkçisi vəzifəsində çalışan İqor ehtiyatsızlıqdan üç ekipaj üzvünün ölümünə səbəb olan insidentlə əlaqədar hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə İ.Paşkov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, İ.Paşkovdan Müdafiə Nazirliyinin xeyrinə 5 milyon rubl və həlak olanların dul qalan həyat yoldaşlarının xeyrinə 3 milyon rubl məbləğində vəsaitin tutulması qərarı çıxarılıb.
"Rusiya İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin məlumatına görə, zabit xidmətə səhlənkar münasibəti nəticəsində hava gəmisinin və onun aşkar edildiyi yerin identifikasiyasını həyata keçirməyib ki, bu da yanlış məlumatın verilməsinə və Rusiyanın Hərbi-Kosmik Qüvvələrinə məxsus helikopterin "dost atəşi" ilə vurulmasına səbəb olub", – deyə məqalədə deyilir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
