Rusiya 2 cəbhədə hazırlıq görür? - Gərginlik artdı, Zaxarovadan cavab gecikmədi
Yeniliklərdən dərhal xəbərdar olun
“Norveç Rusiya sərhədi yaxınlığında hərbi hazırlıqları gücləndirib və Moskva planlaşdırmasında bunu nəzərə alır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Norveçin şimalda, Rusiya sərhədi yaxınlığında hərbi hazırlıqlarını artırdığına dair məlumatlar var. Norveç rəhbərliyinin istənilən addımları və bəyanatları, xüsusən də sərhəd bölgəsində gərginliyin artmasına töhfə verənlər, şübhəsiz ki, hərbi-siyasi planlaşdırmamızda nəzərə alınır”, ‒ diplomat vurğulayıb.
Mariya Zaxarova Rusiyanın digər qonşusu Finlandiya ilə arasındakı gərginliyə də toxunub.
Rusiya rəsmisinin iddiasına görə, Qərb Helsinkini Moskva ilə total qarşıdurmaya sövq edir və bu, birbaşa Finlandiyanın təhlükəsizliyini pozur:
“Çoxlarının nədən bəhs etdiyimizi, Rusiya ilə ilk növbədə, kollektiv Qərbin onları öz milli maraqları ilə total qarşıdurmaya sövq etdiyini bilmir. Bu addımları ilə milli təhlükəsizliklərini sözün əsl mənasında məhv edirlər”.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
