Rusiya ağır itki verdi | Qarşılıqlı hücumlarda baş verənlər dünyaya səs saldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Ordusu Türkiyənin Bayraktar TB2 pilotsuz uçuş aparatlarını yenidən Rusiyaya qarşı döyüşlərdə istifadə etməyə başlayıb.
Almaniyanın “N-TV” telekanalının məlumatına görə, bununla bağlı video da bölüşülüb.
Görüntülərdə Bayraktarın Rusiyaya aid hərbi kateri məhv etməsi əks olunub.
Ümumilikdə iyunun 27-də Rusiya və Ukrayna arasında 190 döyüş baş verib. Ukrayna Ordusu 56 hücumun qarşısını alıb.
Bu arada, Rusiyanın hücumları nəticəsində Zaporojyedə yanğınlar qeydə alınıb. PUA zərbələri sənaye zavodunun zədələnməsinə səbəb olub. Bu şəhərdəki obyektlərə 6 aviazərbə endirilib.
Dnepropetrovska PUA hücumları nəticəsində isə 4 nəfər xəsarət alıb. Dronlardan ikisi vurulub. Son sutkalarda 970 rusiyalı hərbçinin öldürüldüyü deyilir.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə isə iyunun 27-də Ukraynaya aid 39 PUA zərərsizləşdirilib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir
- Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI
