Rusiya Avropaya hücum edəcək | Putindən önəmli açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO və Avropa İttifaqını tənqid edib sizi pis vəziyyətdə qoymaq istəmirəm. Onları heyvanlarla müqayisə etmək istəmirəm. Onlar nağıl üzrə peşəkar yox, daha çox qorxu filmlərində ixtisaslaşıblar. İndi də hay-şivən qaldırıblar ki, Rusiya Avropaya hücum edəcək. Anlayışlı insan üçün bu, provokasiyadır. Rusiyanın harasa hücum etmək fikri yoxdur”.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Çıxışının digər hissəsində Vladimir Putin Ukraynadakı münaqişənin səbəblərini Rusiyanın aqressiyasında yox, 2014-cü ildəki dövlət çevrilişində axtarmağı məsləhət görüb. Ukrayna ərazilərinin işğalı isə Rusiya maraqlarının qorunması ilə izah olunub. Bu azmış kimi, Rusiyanın Zaporojyeni Ukraynaya qaytarmaq fikri yoxdur.
V.Putinin Zaporojye AES ilə bağlı dedikləri belə düşünməyə əsas verir:
“Amerikalı tərəfdaşlarla Zaporojye atom elektrik stansiyasında əməkdaşlıq edə bilərik. Bu məsələləri onlarla müzakirə etmişik. Əməkdaşlıq Ukraynaya da aiddir. Belə ki, uyğun şərait yaransa, Zaporojye AES-də üçümüz də işləyə bilərik”.
V.Putinlə görüş əsnasında Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın NATO-ya üzvlüyü məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, Ukrayna NATO üzvü ola bilməz, amma Slovakiya Kiyevin Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcək.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
