Rusiya başa düşmür ki... | Putin Ukraynada hakimiyyəti dəyişdirmək istəyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukrayna tərəfində kiminlə hər hansı saziş imzalamalı olduğunu başa düşmür, çünki sabah başqa lider hakimiyyətə gələr və vəziyyət dəyişə bilər.
Ona görə də Ukraynada seçkilərin keçirilməsi üçün BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti administrasiya tətbiq edilməlidir.
Belə bir təkliflə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
Putinin sözlərinə görə, seçkilərdən sonra sülh müqaviləsi üzrə danışıqlar başlaya bilər.
“BMT-nin himayəsi altında, ABŞ ilə, hətta Avropa ölkələri ilə, əlbəttə ki, tərəfdaşlarımız və dostlarımızla Ukraynada müvəqqəti idarəçiliyin tətbiqi imkanlarını müzakirə etmək mümkün olardı. Demokratik seçkilər keçirmək, bacarıqlı və xalqın etimadını qazanan hökuməti hakimiyyətə gətirmək üçün”, − V.Putin qeyd edib.
O xatırladıb ki, Şərqi Timorda, Yeni Qvineyada və keçmiş Yuqoslaviyanın bəzi hissələrində BMT-nin himayəsi altında xarici idarəetmənin tətbiqi ilə bağlı artıq presedentlər olub. Eyni zamanda o qeyd edib ki, bu, variantlardan yalnız biridir.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
