Rusiya cavab tədbirləri görəcək | Zaxarovadan sərt xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Polşa diplomatlarının hərəkətini məhdudlaşdırmaq üçün cavab tədbirləri görəcək ki, Rusiyaya nifrət edən Polşa elitası peşman olsun”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Təfərrüat hələ məlum deyil. Polşa Xarici İşlər Nazirliyinin notası açıqlanıb. Biz onu alandan sonra araşdırıb, cavab tədbirləri görəcəyik ki, rus nifrətində boğulan Polşa elitası növbəti anti-Rusiya addımlarına görə qəti şəkildə peşman olsun”, – o bildirib.
Qeyd edək ki, bundan öncə Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə örazisində rus diplomatların hərəkətini məhdudlaşdırdıqlarını açıqlamışdı. Belə ki, Rusiya səfirliyinin əməkdaşları yalnız paytaxtda hərəkət edə biləcəklər, konsulluq əməkdaşları isə işlədiyi regiondan kənara çıxa bilməz. Məhdudiyyət halnız səfirin özünə tətbiq edilməyəcək.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
