Rusiya hərbi texnikaları Kiyev küçələrində
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 24-ü Ukraynanın müstəqillik günündə hərbi texnikaların nümayişinin daha təntənəli olacağı gözlənilir.
Həmin gün Rusiya Ordusunun yeni sıradan çıxarılan hərbi texnikaları da sərgidə nümayişə çıxarılacaq.
Kiyev sakini İrina Nikitina Baku TV-nin şərqi avropa bürosuna bildirib ki, müharibə hər bir Ukrayna vətəndaşına təsir edib, uşaqlar çox sarsılıb: “Uşaqlarımla buradakı texnikalara baxmağa gəlsək də, övladlarımızın belə hadisələrə şahid olmalarını istəməzdik”.
O qeyd edib ki, şəhərdə sakitlik hökm sürsə də, daxilən psixoloji travma yaşayırlar: “Kiminsə həyat yoldaşı, kiminsə övladı cəhbədə həlak olur. Kənardan hər şey yaxşı kimi görünsə də, əslində, belə deyil”.
Qeyd edək ki, sərgi həftənin sonuna kimi davam edəcək.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
