Rusiya ilə İran arasında yeni saziş
Rusiya və İran may ayında İranda Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması ilə bağlı saziş imzalaya bilərlər.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib. “İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə bu məsələni müzakirə etdik. Mənim ölkələrimiz arasında Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması ilə bağlı ikitərəfli sazişin imzalanmasına dair görüşüm oldu. Ümid edirəm ki, biz bunu may ayında imzalayacağıq, çünki praktiki olaraq bütün məsələləri razılaşdırdıq və hazırda koordinasiya prosedurları davam edir”, – deyə diplomat bildirib.
Qeyd edək ki, İranın Rusiyadakı səfiri də mayın 3-də bildirib ki, Tehran yaxın vaxtlarda Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması barədə Rusiya ilə saziş imzalamağı və tikintiyə başlamağı gözləyir.
#Rusiya teqi istifadə olunub
- Azərbaycanda axtarışa verilən Anar Abbasov Rusiyada saxlanılıb - Baku TV CANLI
- Trampın Rusiya ilə bağlı qərarı Zelenskini özündən çıxardı - Baku TV CANLI
- Rusiyada yaponiyalı jurnalistə qarşı casusluq şübhəsi gündəmə gəlib
- Trampın Rusiya ilə bağlı sanksiya qərarının pərdəarxası - Baku TV CANLI
- Qara dənizdə daha gərgin ssenarilərə hazırlıq gedir? - Rusiya və Ukraynaya təklif - Baku TV
