Pleyeri seçin:
Moskvaya kütləvi dron hücumundan sonra bütün hava limanlarında uçuşlar dayandırılıb
Moskvanın bütün hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın bir neçə hava limanları təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb.
Məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğu qeyd edilib.
Moskva meri Sergey Sobyanin isə paytaxta kütləvi pilotsuz uçuş aparatı hücumu barədə məlumat verib.
Onun sözlərinə görə, yerli vaxtla saat 23:30-dan başlayaraq hava hücumundan müdafiə sistemləri Moskva istiqamətində hərəkət edən 59 Ukrayna dronunu vurub.
Kopyalandı
#Dron hücumu teqi istifadə olunub
- Rusiya ordusu mülki şəxsləri hədəfə aldı | Binalara zərbələr endirildi - Baku TV
- Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Taksi və çatdırılma sifarişlərində problem? | Yandex-in xidmətləri niyə sıradan çıxır? - Baku TV
- Zaporojyedə yaşayış binaları hədəfə alındı - Baku TV CANLI
