Rusiya İran PUA-larından geniş şəkildə istifadə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya, böyük ehtimalla, İran “Şahed”ləri əsasında hazırlanan özünün pilotsuz uçuş aparatlarından istifadə etməyə başlayıb.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin “X” hesabında məlumat verilib. Məlumata görə, Rusiya qüvvələri 2022-ci ilin sentyabrından İran istehsalı olan sistemləri idxal etməyə başlayıb. Yerli istehsal, çox güman ki, Rusiyaya dronları daha etibarlı şəkildə tədarük etməyə imkan verəcək.
Britaniya kəşfiyyatının məlumatına görə, bu silahların effektivliyi müxtəlif olub və Ukrayna o PUA-ların əksəriyyətinin zərərsizləşdirilməsində öz effektivliyini sübut edib.
“Rusiya, çox güman ki, yaxın aylarda öz hesabına PUA ilə təmin olunmağa çalışır. Lakin eyni zamanda Rusiya İrandan, xüsusilə də Xəzər dənizi vasitəsilə çatdırılan komponentlərdən və hazır silahlardan asılı olmağa davam edir”, – deyə Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilib.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya daha əvvəl İrandan hava yolu ilə əldə etdiyi kiçik həcmdə dron partiyaları əvəzinə Xəzər dənizi vasitəsilə gəmilərlə tədarük edilən daha böyük həcmdə partiyalara keçib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
