Rusiya kimə kömək edəcək? | Moldovada separatçı qüvvələr hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya Federasiyası ilə uzun illər, onilliklər ərzində dostuq və yaxşı münasibətlərimiz olub. Biz davam etmək istəyirik və Rusiya Federasiyasından dəstək istəyirik".
Bu sözləri Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.
Federasiya Şurasının sədri isə öz növbəsində Rusiyanın Qaqauz muxtariyyəti ilə qarşılıqlı əlaqəni davam etdirməyə sadiq olduğunu, bu yanaşmanı düzgün hesab etdiklərini, hər cür yardıma hazır olduqlarını bildirib.
Qeyd edək ki, separatçı “Dnestryanı Moldova respublikası”nda keçirilən qurultayda deputatlar Rusiya Federasiyası Şurası və Dövlət Dumasından kömək istəmək və Kişinyovun “iqtisadi blokadası” ilə mübarizə haqqında qərar qəbul edib. Separatçı qurumun “xarici işlər naziri” Vitali İqnatyev isə Moskvadan diplomatik dəstək gözlədiklərini açıqlayıb. Rusiya XİN müraciətə baxılacağını qeyd edib.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
