Pleyeri seçin:

Rusiya kimlərə nə qədər məhsul satdı? | "Halal biznesi"ndə gözlənilməz artım

15 may 2025 740 baxış

2024-cü ildə Rusiya 382 milyon dollar dəyərində halal məhsul ixrac edib.

Rusiya mətbuatı xəbər verir ki, məlumatı kənd təsərrüfatı nazirinin birinci müavini Yelena Fastova "Rusiya – İslam Dünyası: KazanForum" 16-cı Beynəlxalq İqtisadi Forumunda açıqlayıb.

Onun sözlərinə görə, bu, əvvəlki ilin göstəricisindən 1,8 dəfə çoxdur. Rusiyadan halal sertifikatı ilə mal alan əsas ölkələr Səudiyyə Ərəbistanı, BƏƏ və İrandır:

"Biz halal məhsulların Əlcəzair, Küveyt, İordaniya və Misirə ixracını da inkişaf etdiririk".

Y.Fastovanın dediyinə görə, 2024-cü ildə Səudiyyə Ərəbistanına halal məhsul ixracı 2023-cü ildəki 127 milyon dollara qarşı 243 milyon dollar, İrana 42,5 milyon dollara qarşı 62,5 milyon dollar, BƏƏ-yə 16,8 milyon dollara qarşı 31,2 milyon dollar, Küveytə 2,5 milyon dollara qarşı 6,3 milyon dollar təşkil edib.

Təchizat strukturunda quşçuluq məhsulları üstünlük təşkil edir – 2023-cü ildəki 105 milyon dollara qarşı 211 milyon dollar. Mal əti 41 milyon dollara qarşı 74 milyon dollar, quzu əti 36 milyon dollara qarşı 41 milyon dollar, hazır məhsul 9 milyon dollara qarşı 13 milyon dollar təşkil edib.

Y.Fastova bildirib ki, hazırda Rusiyada halal məhsulların sertifikatlaşdırılması üzrə 6 qurum fəaliyyət göstərir:

"Biz həmçinin taxıl və süd məhsulları kimi məhsulların ixracını inkişaf etdirməyə hazırıq. Hazırda yem bitkilərinin, akvakulturanın, baytarlıq preparatlarının ixracını fəal şəkildə müzakirə edirik. Kənd Təsərrüfatı Nazirliyi ixracatçı şirkətlərlə beynəlxalq tərəfdaşlar arasında əlaqəni səmərəli təşkil etməyə hazırdır".

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 740 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 740 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 740 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 740 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 740 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 740 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 740 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 740 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 740 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 740 baxış
Seçilmişlər
icon