Rusiya kosmik aparatları Avropanın məlumatlarını ələ keçirdi
Rusiyanın iki kosmik aparatı qitə üzərində Avropanın onlarla əsas peykindən ötürülən məlumatları ələ keçirib.
Bu barədə “Financial Times” Avropanın təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin fikrincə, bu cür müdaxilələr təkcə peyklər vasitəsilə ötürülən məxfi məlumatları risk altına almır, həm də Rusiyaya onların trayektoriyalarını manipulyasiya etmək və sıradan çıxarmaq imkanı verə bilər.
Qeyd olunur ki, son bir neçə il ərzində Qərbin hərbi-mülki kosmik qurumları “Luç-1” və “Luç-2” adlı iki Rusiya obyektinin fəaliyyətini izləyiblər. Bu obyektlər orbitdə dəfələrlə şübhəli manevrlər həyata keçiriblər.
Hər iki aparat Yerin səthindən yüksəkdə yerləşən və Avropaya, o cümlədən Böyük Britaniya, Afrika və Yaxın Şərqin böyük hissəsinə xidmət göstərən ən vacib Avropa geostasionar peyklərindən bəziləri ilə riskli yaxınlaşmalar həyata keçirib.
Orbit məlumatları və yerüstü teleskop müşahidələrinə əsasən, bu aparatlar xüsusilə son üç ildə peyklərin yaxınlığında bir neçə həftə hərəkətsiz vəziyyətdə qalıblar. 2023-cü ildə orbitə buraxıldıqdan sonra “Luç-2” həm kommersiya, həm də dövlət məqsədlərinə xidmət edən 17 Avropa peykinə yaxınlaşıb.
“Hər iki peyk radioelektron kəşfiyyat fəaliyyəti aparmaqda şübhəli bilinir”, - Almaniya Silahlı Qüvvələrinin Kosmik Komandanlığının rəisi general mayor Mixael Traut bildirib.
#Rusiya teqi istifadə olunub
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM
- Paşinyan TRIPP layihəsinə Rusiyanı niyə cəlb etmək istəyir? - Baku TV
- Paşinyan həm ABŞ, həm də Rusiya ilə münasibətləri qorumağa çalışır - Baku TV CANLI
