Rusiya məktəbi bombalasa da, ukraynalı uşaqlar qorxmur
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ilə Ukrayna arasında 1 ilə yaxındır davam edən müharibə nəticəsində qəzalı vəziyyətə düşməsinə baxmayaraq, Lisiçanskdakı musiqi məktəbində dərslər davam edir.
Skripka müəllimi Yelena Şarıgina bildirib ki, Rusiya ordusunun ötən ilin yayında məktəbə endirdiyi zərbələr nəticəsində xəsarət alan olmayıb. "Təbii ki, bu, məqsədli hücum olub. Zərbə nəticəsində məktəbin üç sinif otağı tamamilə məhv edildi. Xoşbəxtlikdən hadisə baş verən gün biz burada olmamışıq”, - deyə o qeyd edib.
Fortepiano müəllimi Lyudmila isə qeyd edib ki, şagirdləri mövcud vəziyyətə baxmayaraq, dərsləri bundan sonra da dayandırmaq fikrində deyillər. Valideynlər isə bildirib ki, uşaqların evdə dərs keçməsi üçün şərait son dərəcə ağırdır.
Məlumat üçün bildirək ki, Luqansk vilayətinin Lisiçansk şəhəri ötən ilin iyulun 3-də Rusiya ordusunun nəzarətinə keçib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
