Pleyeri seçin:

Rusiya NATO və Aİ-yə üzv ölkələrə hücum etməyi planlayır?

05 fevral 2026 428 baxış

Ukraynadakı müharibə fonunda Avropa ölkələri ilə münasibətlərdəki gərginlik səbəbindən Rusiyanın NATO və Aİ-yə üzv ölkələrə hücum etməsi ehtimalı yüksək olan hal kimi qiymətləndirilir.

Bu barədə mənbələrə istinadla “The Wall Street Journal” məlumat yayıb.

Əvvəllər hesab edilirdi ki, Rusiya 2029-cu ilə qədər NATO-ya təhdid yarada bilməyəcək. İndi isə Qərbdə o konsensus formalaşır ki, belə bir böhran daha erkən – Avropa hələ müqavimət göstərmək imkanına malik olmadan baş verə bilər.

“Fikrimizcə, Rusiya bir il ərzində böyük sayda qoşunları köçürə biləcək. Artıq strateji ehtiyatlarını artırırlar, NATO sərhədləri boyunca mövcudluq və resurslarını genişləndirirlər. Baş verənləri görürük”, – Niderlandın müdafiə naziri Ruben Brekelmans deyib.

WSJ iddia edir ki, Rusiya üçün ən açıq hədəf əvvəllər SSRİ-nin tərkibində olmuş ölkələr – Litva, Latviya və Estoniyadır. NATO-nun hərbi strateqləri Rusiyanın İsveç, Finlandiya və Danimarkanın Baltik dənizindəki adaları, Polşanın bəzi əraziləri, Norveç və Finlandiyanın şimal ucqarları və Avropadakı strateji infrastruktur, hətta Niderlandın Rotterdam limanına qədər zərbə kampaniyası barədə potensial planlarından narahatdırlar.

Litva Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kontr-admiral Gedrius Premenetskas da belə bir təhlükəni real hesab edir, amma o, bu zaman Rusiyanın üzləşəcəyi təhlükəyə də diqqət çəkib:

“Rusiyanın Kalininqradı qoruması dilemma olacaq. Rusiya nəsə etməyə başlasa, NATO açıq şəkildə bəyan etməlidir ki, bu halda Rusiya Kalininqradı itirəcək”.

Almaniya Müdafiə Nazirliyinin keçmiş rəsmisi Niko Lanqx hesab edir ki, Rusiya lideri Vladimir Putin Avropanın toparlanmasına imkan vermədən hücum əmri verə bilər:

“Əgər məqsəd NATO-nun kollektiv müdafiəyə dair 5-ci maddəsinin işləmədiyini göstərmək və Avropanı parçalamaqdırsa, buna iradə lazımdır, həddindən artıq böyük hərbi imkanlar yox. Putin niyə avropalıların hazır olmasını gözləməlidir?”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 428 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 428 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 428 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 428 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 428 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 428 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 428 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 428 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 428 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 428 baxış
Seçilmişlər
icon