Pleyeri seçin:
Rusiya ordu ilə bağlı hərəkətə keçdi | Müdafiə Nazirliyi məsələyə aydınlıq gətirdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin orduya yaz çağırışı ilə bağlı fərman imzalayıb. Fərman 160 min nəfəri əhatə edir.
Sənədə əsasən, 2025-ci il aprelin 1-dən iyulun 15-nə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar.
Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov “İnterfaks”a müsahibəsində çağırışçıların müharibə bölgəsinə göndərilməyəcəyini bildirib.
Bunu Müdafiə Nazirliyi də vurğulayıb. “Qarşıdan gələn çağırış kampaniyası heç bir şəkildə Ukraynada hərbi əməliyyatlarla bağlı deyil. Hərbi xidmətə çağırış tədbirləri planlı şəkildə, Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdə həyata keçiriləcək”, – deyə Nazirlikdən bildirilib.
Kopyalandı
#Rusiya Müdafiə Nazirliyi teqi istifadə olunub
