Rusiya ordusu Kiyev və Zaporojyeyə zərbə endirdi - Baku TV
Rusiya Ukraynanın Kiyev vilayətinə ballistik raket atıb. Nəticədə, Borispol rayonunda bir nəfər həlak olub, beş nəfər yaralanıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Onun sözlərinə görə, anbar, avtomobil dayanacağı, nəqliyyat vasitələri, şəxsi evlər və yanacaqdoldurma stansiyası da zərər görüb. İlkin məlumata görə, aerodroma kaset döyüş başlıqlı təxminən yeddi raket düşüb.
Zaporojye bölgəsinə endirilən zərbələr nəticəsində isə üç nəfər həlak olub.
Regional Hərbi Administrasiyanın rəhbəri İvan Fyodorovun sözlərinə görə, Rusiya qoşunları Zaporojye rayonuna yeddi zərbə endirib. Şəxsi evlərə ziyan dəyib. Bir uşaq da daxil olmaqla 15 nəfər yaralanıb.
Ukraynanın cənubundakı Nikolayev şəhərində də partlayış baş verib. Vilayətdə hava həyəcanı elan olunub.
#Rusiya Ordusu teqi istifadə olunub
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
- Rusiya ordusunun Ukraynaya növbəti zərbələri itkilər və dağıntılarla nəticələnib - Baku TV CANLI
- Belçikadan Ukraynaya gözlənilməz dəstək | Müharibənin gedişatı dəyişə bilər - Baku TV
