Rusiya ordusunda idarəetmə iflic oldu | Cəbhədəki vəziyyət dəyişdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rabitə problemləri cəbhənin bir sıra istiqamətlərində Rusiya Ordusunun bölmələrinin idarə olunmasını kəskin şəkildə çətinləşdirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr Qruplaşmasının mətbuat xidməti "Telegram"da məlumat yayıb.
"Starlink" terminallarının söndürülməsindən sonra Rusiya qoşunlarında döyüş meydanında bölmələrin idarə edilməsində ciddi çətinliklər yaranıb.
Hərbçilər qeyd ediblər ki, bu, ilk növbədə kiçik hücum qruplarına dəstək üçün pilotsuz uçuş aparatlarından istifadədə özünü göstərib.
Bildirilib ki, sabit rabitənin olmaması səbəbindən əvvəllər hücum taktikasının əsas elementi sayılan real vaxt rejimində hərəkətlərin koordinasiyası imkanı itib.
"Peyk rabitəsinin kəsilməsi mürəkkəb hava şəraiti ilə birlikdə düşmənin oturuşmuş sxemlərini faktiki olaraq iflic edib. Dronların himayəsi altında fəaliyyət göstərən kiçik qruplar daimi nəzarət və korreksiya imkanından məhrum olub. Nəticədə, belə bölmələrin səmərəliliyi kəskin şəkildə azalıb, əməliyyatların özü isə parçalanmış və koordinasiyasız hala düşüb", – deyə məlumatda qeyd olunub.
Fevralın əvvəlində amerikalı sahibkar və "SpaceX" şirkətinin sahibi İlon Mask Rusiya qoşunlarının "Starlink" şəbəkəsindən istifadəsinin uğurla məhdudlaşdırıldığını bəyan edib.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
