Pleyeri seçin:

Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV

06 oktyabr 2026 23 baxış

Xarkovda Rusiya Ordusunun aviazərbələri nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bu barədə Xarkov meri İqor Terexov məlumat verib.

Onun sözlərinə görə, Rusiya Ordusu Xarkovun Sloboda rayonuna aviazərbələr endirib. Nəticədə anbar sahəsində yanğın baş verib, bir neçə yaşayış binasına ciddi ziyan dəyib.

İqor Terexov əlavə edib ki, binalardan birinin dağıntıları altında insanların qala biləcəyi ehtimalı var. Hazırda ərazidə xilasetmə və axtarış işləri aparılır.

Bu arada, ABŞ dövlət katibi Marko Rubio Kiyevdəki ABŞ səfirliyinin fəaliyyətinin dayandırıla biləcəyini istisna etməyib. Onun sözlərinə görə, hər hansı diplomatik nümayəndəlik üçün təhlükə yarandığı və buna cavab olaraq onun statusunun dəyişdirilməsinin zəruri olduğu qənaətinə gəlinərsə, ABŞ müvafiq addımlar atacaq.

Marko Rubionun açıqlaması Rusiyanın xarici diplomatlara Kiyevdə qalmağın təhlükəli olması barədə xəbərdarlığından sonra səslənib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi xarici vətəndaşlara və diplomatik nümayəndəliklərin əməkdaşlarına Kiyevdən çıxmaq barədə çağırış edib.

Banner
Ukrayna və Fransa liderləri pilotların təlimi barədə razılığa gəliblər

Ukrayna və Fransa liderləri pilotların təlimi barədə razılığa gəliblər

Dünya
06 oktyabr 2026 23 baxış
Minlərlə insan itkin olduğu halda aktiv axtarışlar başa çatdırılıb

Minlərlə insan itkin olduğu halda aktiv axtarışlar başa çatdırılıb

Dünya
06 oktyabr 2026 23 baxış
Mini tor qişasının yaradılması göz tədqiqatları üçün nə vəd edir?

Mini tor qişasının yaradılması göz tədqiqatları üçün nə vəd edir?

Dünya
06 oktyabr 2026 23 baxış
86 min illik mağara qədim insanların fəaliyyəti barədə nə deyir?

86 min illik mağara qədim insanların fəaliyyəti barədə nə deyir?

Dünya
06 oktyabr 2026 23 baxış
Kosovoda məhkəmə qərarına etiraz edənlərlə polis arasında toqquşma yaşanıb

Kosovoda məhkəmə qərarına etiraz edənlərlə polis arasında toqquşma yaşanıb

Dünya
06 oktyabr 2026 23 baxış
Başqa planetlərdə Yerdəkinə bənzər əlamətlər aşkarlanıb

Başqa planetlərdə Yerdəkinə bənzər əlamətlər aşkarlanıb

Dünya
06 oktyabr 2026 23 baxış
İranın ABŞ ilə münasibətlərindəki problemlər müzakirə olunur

İranın ABŞ ilə münasibətlərindəki problemlər müzakirə olunur

Dünya
06 oktyabr 2026 23 baxış
Tehran görüşündə enerji və infrastruktur layihələri gündəmə gətirildi - Baku TV

Tehran görüşündə enerji və infrastruktur layihələri gündəmə gətirildi - Baku TV

Dünya
06 oktyabr 2026 23 baxış
Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV

Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV

Dünya
06 oktyabr 2026 23 baxış
Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV

Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV

Dünya
06 oktyabr 2026 23 baxış
Seçilmişlər
icon