Pleyeri seçin:

Rusiya Ordusunun “əl-qol”u necə bağlanacaq?- Makrondan qalmaqallı açıqlama

19 avqust 2025 400 baxış

“Fransa Prezidenti Emmanuel Makron “yüzminlərlə” insandan ibarət və Rusiyanı cilovlaya bilən Ukrayna ordusunun saxlanmasını münaqişənin başa çatmasından sonra Ukrayna üçün əsas təhlükəsizlik təminatlarından biri hesab edir”.

Bunu Emmanuel Makron Avropa liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında danışıqlardan sonra jurnalistlərə deyib:

“Bu, Rusiyanın istənilən təcavüzünə qarşı durmağa və hətta onun qarşısını almağa qadir olan Ukrayna ordusunun formatıdır. Yəni bir neçə yüz min nəfərlik ordudur ki, biz onu uzun müddət təchiz etməli, məşq etməli və saxlamalı olacağıq. Bundan əlavə, Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə yaradılan “istəklilər” koalisiyası gələcək təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi Ukraynada “quruda, dənizdə və havada” dəstək qüvvələrini yerləşdirməli olacaq”.

Makronun sözlərinə görə, onlar Ukrayna ərazisinə potensial müdaxilələrin qarşısını almalı olacaqlar, lakin “isti zonalarda yerləşdirilməyəcəklər” və sülhməramlı funksiyaları yerinə yetirməyəcəklər, lakin “strateji dəstək” nümayiş etdirəcəklər.

Makron qeyd edib ki, amerikalılar son günlər bu “istəklilər koalisiyası” ilə işləmək istəyini nümayiş etdiriblər, lakin ABŞ-dən konkret təminatlar məsələsi hələ müzakirə olunmayıb.

Fransa lideri həmçinin Ukrayna üçün NATO Nizamnaməsinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəsi kimi təminatlara gəldikdə, sözlərin diqqətlə seçilməsinə çağırıb: “Bu məqam bir təşkilat olan NATO-yə aiddir, halbuki ABŞ-nin özünün Ukraynanın NATO-yə üzv olmasını istəmədiyi məlumdur. Bundan əlavə, Amerika prezidentinin 5-ci maddədən danışarkən xatırlatdığı kimi, avtomatizm yoxdur. Ukraynalılara niyyət bəyannaməsi yox, konkret hərəkətlər lazımdır”.

Makron NBC News-a müsahibəsində müvafiq müzakirələrin bu gün davam etdiriləcəyini açıqlayıb: “Məncə, son bir neçə gündə mühüm irəliləyiş o oldu ki, sizin prezidentiniz ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirak etmək üçün açıq öhdəliyini ifadə etdi”.

Onun fikrincə, bu cür təminatlar münaqişənin həlli ilə bağlı “Ukrayna və Avropa üçün istənilən razılaşmanın mühüm komponentidir”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 400 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 400 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 400 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 400 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 400 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 400 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 400 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 400 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 400 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 400 baxış
Seçilmişlər
icon