Rusiya piyada əleyhinə minalardan amansız şəkildə istifadə edir | Zelenski
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ottava Konvensiyasından, yəni piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən beynəlxalq müqavilədən çıxması barədə qərarını qüvvəyə mindirən fərman imzalayıb.
O bu barədə xalqa videomüraciətində söyləyib.
Zelenski məsələni parlamentin nə zaman müzakirəyə çıxaracağı barədə məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl Finlandiya, Estoniya, Latviya, Litva və Polşa Ottava Konvensiyasından çıxdıqlarını bəyan ediblər.
“Son hücum zamanı Ukrayna ərazisinə 500-dən çox pilotsuz uçuş aparatı və raket atılıb, onların əksəriyyəti isə hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Rusiya həmçinin piyada əleyhinə minalardan amansız şəkildə istifadə edir”, ‒ deyə ukraynalı lider bildirib.
Zelenski Rusiyanın yalnız minalardan deyil, kimyəvi silahlar, ortamənzilli ballistik raketlər və digər qadağan olunmuş vasitələrdən istifadə etdiyini diqqətə çatdırıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
