Rusiya Prezidenti Yaxın Şərqdəki vəziyyət barədə danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatları dayandırmaq qərarını düzgün hesab edirəm”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında açıqlayıb.
Onun sözlərinə görə, Moskva Buşehr nüvə elektrik stansiyasındakı vəziyyətlə bağlı Vaşinqton, Tehran və Təl-Əvivlə daimi əlaqədədir.
“Hər kəs bizə təsadüfən raket düşmələrinin baş verdiyi ilə bağlı məlumat verir. Bunun qəza olduğunu bildirir və bir daha təkrarlanmayacağına zəmanət verir. Bizi aldatdıqlarına inanmaq üçün heç bir səbəbim yoxdur. Hazırkı vəziyyət dəyişdikdən sonra Rusiya ölkədə nüvə obyektlərinin tikintisini davam etdirəcək. Hesab edirəm ki, biz o vaxt razılığa gəldik və İranın nüvə proqramı ilə bağlı müvafiq razılaşmasını qəbul etdik. Həmin vaxt hər şey Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında idi. Lakin təəssüf ki, o zaman vəziyyət fərqli şəkildə, fərqli bir çərçivədə inkişaf etdi”, – deyə V.Putin bildirib.
Müharibənin səbəblərindən danışan Putin bildirib ki, ABŞ ilə münaqişədə İran tərəfindən heç bir təxribat görmür.
Rusiya lideri həmçinin İrandan zənginləşdirilmiş uranın çıxarılması təklifinin masa üzərində olduğunu qeyd edib. O eyni zamanda gərginliyi azaltmaq üçün tədbirlər görəcəyini vurğulayıb.
#Yaxın Şərq teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI
- Yaxın Şərqdə müharibə an məsələsidir | Vaşinqtonun planı nədir? - Baku TV CANLI
- Yaxın Şərqdə vəziyyət kəskinləşir | ABŞ mümkün təhlükəyə qarşı nə tədbir görür? - Baku TV
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
